×
A
A
A
Sazlamalar

Bərdədə “Bayraqdar” intellektual oyununun qalibləri mükafatlandırılıb

Bərdə, 26 may, AZƏRTAC

Bərdədə 28 May - Müstəqillik Günü münasibətilə gənclərdən ibarət komandalar arasında keçirilən “Bayraqdar” İntellektual Oyununun qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına Park-bulvarda keçirilən yarışda Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov Müstəqillik Günü münasibətilə gəncləri təbrik edib və komandalara uğurlar arzulayıb.
İdarənin baş məsləhətçisi Fidan Nəsirli çıxışında bildirib ki, gənclərin intellektual inkişafı, asudə vaxtının səmərəli təşkili məqsədilə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
Gərgin mübarizə şəraitində keçən yarışda “Qədim Bərdə” komandası birinci, “Bərdə ASAN” komandası ikinci, “Mühəndislər” (Peşə liseyi) komandası isə üçüncü yeri tutub.
Qaliblər Bərdə Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Regionlar 2022-05-26 09:11:00