×
A
A
A
Sazlamalar

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 26 may, AZƏRTAC

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 2008-2010-cu il təvəllüdlü gimnastların mübarizəsində Məryəm Topçubaşeva qızıl medala layiq görülüb. Fidan İbrahimova və Aylin Quliyeva isə ilk üçlükdə yer alıblar. Hər üç gimnast “Ocaq Sport” klubunun təmsilçisidir.
2005-2007-ci il təvəllüdlü gimnastların mübarizəsində də "Ocaq Sport"un yetirmələri fərqləniblər. Belə ki, Dilarə Qurbanova birinci, Sənəm Kazımova ikinci, Sara Əlixanlı isə üçüncü pillədə yer alıblar.
Yarışda “Ocaq Sport” klubu, “Zirvə”, “Grasiya” idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən ümumilikdə 80 gimnast medallar uğrunda mübarizə aparıb.
İdmançılar Bakı birinciliyində balacalar, uşaqlar, yeniyetmələr və gənclər, Azərbaycan çempionatında isə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında yarışıblar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

İdman 2022-05-26 08:46:00