×
A
A
A
Sazlamalar

Mədinə İbrahimli: Bakı birinciliyində qazandığım qızıl medal mənə stimul verir

Bakı, 26 may, AZƏRTAC

Xoşbəxtəm ki, aerobika gimnastikası üzrə Bakı birinciliyində qızıl medal qazanmışam. Bu mükafat mənə gələcək yarışlarda uğur qazanmaq üçün stimul verir.
Bunu AZƏRTAC-a aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyinin balacalar üzrə yaş qrupunun qalibi, "Ocaq Sport" klubunun təmsilçisi Mədinə İbrahimli söyləyib.
"Yarışlara çox ciddi hazırlaşmışdım. Yaxşı nəticə göstərmək istəyirdim və bu, məndə alındı. Aerobika gimnastikası ilə məşğul olmaqdan zövq alıram. İlk dəfə gimnastika yarışlarını televizorda izləmişəm və məndə bu idman növünə maraq oyanıb", - deyə M.İbrahimli bildirib.
Gimnast yarışlar zamanı həyəcanlanmadığını və bütün diqqətini çıxışına yönəltdiyini də qeyd edib.
Qeyd edək ki, mayın 25-də Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib.
Yarışda ümumilikdə, 80 gimnast qüvvəsini sınayıb.

 

İdman 2022-05-26 06:56:00