×
A
A
A
Sazlamalar

ÜST: Meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür

Bakı, 26 may, AZƏRTAC

Dünyanın 16 ölkəsində qeydə alınan meymunçiçəyi xəstəliyinin yayılmasının qarşısını almaq mümkündür.
AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-ün çiçək xəstəliyi üzrə işçi qrupunun rəhbəri Rozamund Lyuisin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və üzv dövlətlərin məqsədi bu xəstəliyin yayılmasının qarşısını almaqdır.
Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. Simptomlar iki-dörd həftə davam edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi xəstəliyi əsasən dəridən dəriyə yaxın təmasla ötürülür. Virusun tənəffüs yolları, habelə çirklənmiş yataq dəsti vasitəsi ilə keçməsi mümkündür.
Xəstəliyin inkubasiya dövrü 6-13 günə qədər davam edir, lakin bu müddət 21 günə qədər də uzana bilər.

Dünya 2022-05-26 05:22:00