"Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub
Bakı, 26 may, AZƏRTAC
İtaliyanın "Roma" klubu UEFA Konfrans Liqasının 2021/2022-ci il mövsümünün qalibi olub.
AZƏRTAC xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda “Roma” klubu Niderlandın “Feyenoord” komandasına minimal hesabla qalib gəlib - 1:0.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən oyunda yeganə qolun müəllifi Nikolo Zaniolo olub.
“Roma” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazanıb. "Roma" buna qədər avrokuboklarda yeganə uğuruna 1961-ci ildə imza atıb. Belə ki, klub Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
“Turan Tovuz” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Jurnalistlər üçün beynəlxalq seminar keçirilir
Dünya çempionatı: Bu gün qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşəcək
Uelsli futbolçu Qaret Beylin “Los-Anceles” klubunda debüt edəcəyi vaxt açıqlanıb
Bu gün “Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq