Salvador Ramos qətl hadisəsindən bir həftə əvvəl mağazadan 375 güllə alıb
Vaşinqton, 25 may, AZƏRTAC
Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə baş vermiş qətl hadisəsinin yeni təfərrüatları bəlli olub. Məlum olub ki, 21 nəfər məktəblini qətlə yetirən 18 yaşlı Salvador Ramos mayın 18-də mağazadan 375 güllə alıb.
AZƏRTAC xəbər verir ki, Texas İctimai Təhlükəsizlik Departamentinin təmsilçisi leytenant Kristofer Olivares Salvador Ramosun əlində silah yerli vaxtla təxminən saat 11:32 radələrində məktəbin ərazisinə gəldiyini bildirib. O, cinayətkarın sinif otağına daxil olaraq uşaqları və müəllimləri amansızcasına güllələdiyini deyib. Qatil hadisədən əvvəl nənəsinə də atəş açıb, amma nənəsi sağ qalıb.
Mətbuat konfransında çıxış edən Uvalde şəhərinin polis rəisi Pedro Arredondonun Ramosun əlində bir tapança, AR-15 avtomatı və üzərində patron darağı olduğu halda məktəb həyətinə girdiyini deyib. Uvalde orta məktəbinin məzunu olan Ramos 2-ci və 4-cü siniflərdə oxuyan məktəbliləri və iki müəlliməni -İrma Qarsiya və Eva Mirelesi güllələyərək qətlə yetirib. Qatil yaxınlıqda işləyən sərhəd patrul xidməti əməkdaşı tərəfindən zərərsizləşdirilib. Polis rəisinin sözlərinə görə, məktəbdə 2-ci, 3-cü və 4-cü sinif şagirdləri təhsil alır və şagirdlərin sayı 600 nəfərdir.
Yeni yayılan məlumatlara görə, məktəbdə oxuyarkən Salvador Ramosun sinif yoldaşları onu həmişə ələ salıb təhqir edirmişlər. Bəzi mənbələr bunu Ramosun ləng danışması, danışıq tərzi və gözünə sürmə çəkməsi ilə əlaqələndirirlər. Qatilin bir dostu isə ifadəsində ətrafındakıların ona geyiminə və ailəsinin maddi vəziyyətinə görə lağ etdiklərini bildirib.
Xatırladaq ki, Texasda ibtidai məktəbə silahlı atışma nəticəsində 19 uşaq və iki müəllimə həyatını itirib.
Odessa vilayətinə endirilən raket zərbələri nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb
Filippin sahillərində güclü zəlzələ olub
Yaponiya ilə ABŞ birgə təlimlər keçirib
“Aere” tufanı Yaponiyanın cənub adalarına yaxınlaşır
Bu gündən Ukrayna ərazisinə girən Rusiya Federasiyasının vətəndaşlarına viza rejimi tətbiq ediləcək