×
A
A
A
Sazlamalar

“Azexport.az” portalı ixrac üçün növbəti sərbəst satış sertifikatlarını təqdim edib

Bakı, 25 may, AZƏRTAC

“Azexport.az” portalı ixrac üçün növbəti sərbəst satış sertifikatlarını təqdim edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, portal tərəfindən təqdim olunan növbəti sərbəst satış sertifikatları İraq Respublikasına Azərbaycan istehsalı olan daha 5 adda meyvə şirəsi və spirtsiz içkilərin ixracı üçün nəzərdə tutulub. Sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli müvafiq Fərmanına uyğun olaraq təqdim olunur.
Sertifikatların bundan əvvəl ixracında çətinlik yaşanan Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İndoneziya, Vyetnam, Filippin, Dominikan, Okeaniya və Ərəb ölkələrinə, Cənubi Amerika, Afrika qitəsi, Qərbi Avropa və Cənub – Şərqi Asiya ölkələrinə Azərbaycanda istehsal olunan qida, dərman və orqanizmlə birbaşa təmasda olan məhsulların çıxışını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.Azexport.az” platformasına onlayn olaraq müraciət edə bilərlər.

İKT 2022-05-25 20:17:00