“Qarabağ” Patrik Andrade ilə müqaviləni yeniləməyə yaxındır
Bakı, 25 may, AZƏRTAC
Ağdamın “Qarabağ” klubu danışıqlar apardığı futbolçusu Patrik Andrade ilə razılıq əldə etməyə yaxındır.
AZƏRTAC xəbər verir ki, tərəflər yeni müqavilə şərtlərində ortaq məxrəcə gəlmək üzrədir. Kabo-verdeli legioner Ağdam klubunun son təklifinə müsbət yanaşıb. Belə ki, Ağdam təmsilçisi iki mövsümdür xidmətindən yararlandığı afrikalı yarımmüdafiəçiyə daha artıq məvacibə hazır olduğunu elan edib.
Tərəflər arasında yaxın günlərdə yeni müqavilənin imzalanacağı gözlənilir. Kabo-Verde millisinin üzvü 2020-ci ilin yayında Bolqarıstanın “Çerno More” klubundan “Qarabağ”a transfer olunub.
Gənc idman gimnastımız beynəlxalq Budapeşt kuboku yarışında üç medal qazanıb
Azərbaycanın iki güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib
Stolüstü tennis üzrə Polad Həşimovun xatirəsinə həsr olunan Azərbaycan birinciliyi keçirilir
Yeniyetmə badmintonçularımız Serbiyada 2 bürünc medala sahib olublar