×
A
A
A
Sazlamalar

Bakı birinciliyində 2011-2013-cü il təvəllüdlü gimnastlar arasında qaliblər müəyyənləşib

Bakı, 25 may, AZƏRTAC

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində 2011-2013-cü il təvəllüdlü idmançılar arasında qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu yaş qrupunda Ayan Ağayeva qızıl medal qazanıb. Məryəm Əliyeva və Qəmər Ağaqulu isə ilk üçlükdə yer alıblar. Hər üç gimnast “Ocaq Sport” klubunu təmsil edir.
Aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyində 80 gimnast iştirak edib. Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

İdman 2022-05-25 18:27:00