Üç yüz otuz doqquz min dollara ada evi
Bakı, 25 may, AZƏRTAC
ABŞ-ın Men ştatında özəl bir ada əlavə tikili ilə birlikdə satılır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 6 min kvadratmetr sahəyə malik adanın qiyməti cəmi 339 min dollardır.
Ev su basmamaq üçün sudan kifayət qədər məsafədə yerləşir. Evin özü sütunlar üzərində dayandığından onu sudan xilas edir.
Adada hava şəraitinə görə qış aylarında yaşamaq heç də təhlükəsiz deyil. Burada əsasən may-oktyabr aylarında məskən salmaq tövsiyə olunur.
Amerika standartlarına görə, evin qiyməti o qədər də bahalı sayılmır.
İtaliyada meşə yanğınları ötən illə müqayisədə iki dəfədən çox artıb
Fransa tarixində ilk dəfə Milli Assambleyanın sədri vəzifəsinə qadın namizəd seçilib
Gürcüstanda turistləri daşıyan iki mikroavtobus qəzaya uğrayıb
Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib