×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu gürcüstanlı qapıçının transfer hüququna sahib çıxıb

Bakı, 25 may, AZƏRTAC

Luka Quqeşaşvili “Qarabağ”da qalacaq. Ağdam klubu gürcüstanlı qolkiperin transfer hüququna yiyələnib.
AZƏRTAC xəbər verir ki, tərəflər artıq müqaviləyə imza atıblar. Ancaq sözləşmənin müddəti və maliyyə detalları hələlik bəlli deyil.
İyirmi üç yaşlı qolkiper ötən qış Polşanın “Yagelloniya” klubundan icarəyə götürülüb. Gürcüstan millisinin üzvü “Qarabağ”da 10 oyunda forma geyinib.

İdman 2022-05-25 18:58:00