×
A
A
A
Sazlamalar

“Neftçi”nin kikboksçuları ölkə çempionatında 3 medal qazanıblar

Bakı, 25 aprel, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Neftçi” idman klubunun yetirmələri çempionatda 3 medal qazanıblar.
Klubun yetirmələrindən Ramiz Məmmədov (60 kq) full kontakt versiyasında çempionatın qızıl medalına sahib olub. Rauf Gərayzadə (81 kq) isə lou kik versiyasında gümüş medala sahib olub. Xanım idmançı Fatma Mehdiyeva (65 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə ediblər.

İdman 2022-05-25 18:53:00