×
A
A
A
Sazlamalar

BDU-nun rektoru “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri ilə görüşüb

Bakı, 25 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ilə görüşüb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha sonra BDU tələbələri ilə görüşən Ş.Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramı barədə onları məlumatlandırıb.
E.Babayev universitetin əsas missiyalarından birinin müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı kadrların hazırlanması olduğunu bildirib.
İçərişəhərin tariximiz üçün müstəsna əhəmiyyətini qeyd edən rektor Qoruq İdarəsində yay təcrübə proqramının tələbələrin gələcək karyeraları üçün mühüm rol oynayacağını diqqətə çatdırıb.
Ş.Seyidzadə Qoruq İdarəsində yay təcrübə proqramının mahiyyəti, üstünlükləri haqqında məlumat verib.
Qeyd olunub ki, Qoruq İdarəsinin yay təcrübə proqramında BDU-nun Tarix, Coğrafiya və Şərqşünaslıq fakültələrinin III kurs tələbələri iştirak edə biləcəklər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elm və təhsil 2022-05-25 18:50:00