Nizami adına Mədəniyyət Mərkəzində Müstəqillik Günü qeyd olunub
Bakı, 25 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzi 28 May - Müstəqillik Günü ilə əlaqədar “Müstəqil Azərbaycan” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Mərdi - məkan” ansamblının solisti Valid Tağızadə, “Bülbüllər” bədii özfəaliyyət dərnəyinin üzvü Aylin Bayramlı, gənc ifaçı Ağababa Cabbarlı vətənpərvərlik ruhunda mahnılar ifa edib, bundan əlavə “Möcüzə” rəqs dərnəyinin üzvləri Nəzrin Abdullayeva və Həmidə Əliyeva milli rəqslərlə çıxış ediblər.
Tədbir iştirakçılarına Müstəqillik Günü ilə bağlı ətraflı məlumat verilib.
Braziliyanın “Choronas” qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış edib
Qazax rayonunun və Daş Salahlı şəhidlərinin xatirəsi yad edilib
Hollivud ulduzu Tom Kruz karyerasında ən böyük qonorarını alacaq