×
A
A
A
Sazlamalar

Sudan Respublikasının Suveren Keçid Şurasının sədri Abdel Fattah Abdelrahman Al-Burhandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi, ailənizi, Zati-alinizin simasında Azərbaycan xalqını və dövlətini Sudan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında mövcud olan ikitərəfli əlaqələrdən məmnunluq hissi duyduğumu bildirərək, aramızdakı dostluq və qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənəcəyinə əminliyimi bildirirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin.
Hörmətlə,

Abdel Fattah Abdelrahman Al-Burhan
Sudan Respublikasının Suveren Keçid Şurasının sədri

Məktublar 2022-05-25 17:58:00