Fizika və ədəbiyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Dövlət İmtahan Mərkəzində fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 11-ci sinif “Fizika” və “Literatura” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil olunub. Müzakirə edilən məsələlərlə bağlı təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.
Emil Nəsirli Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü seçilib
MDU-nun rektoru Şahin Bayramov məzunları təbrik edib
Bakı Dövlət Universiteti təntənəli “Məzun günü” keçirib