“Yeni adlar” layihəsinin növbəti konserti Filarmoniyada gerçəkləşib
Bakı, 25 may, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə üzrə növbəti musiqi axşamı M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşib. Belə ki, gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Tahir Əmrahov (tar) və Cahandar Xanlarovun (kamança) iştirakı ilə konsert proqramı təqdim olunub.
Musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (dirijor – Əməkdar artist İlahə Hüseynova) müşayiət edib.
Konsertdə Tofiq Bakıxanovun tar və orkestr üçün 1 nömrəli konserti və Hacı Xanməmmədovun kamança və orkestr üçün konserti səsləndirilib.
“Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir
“Bəxtiyar” musiqili komediyası növbəti dəfə səhnədə