×
A
A
A
Sazlamalar

Dövlət Mahnı Teatrında konsert - “Müstəqilliyimiz - Zəfərimiz əbədidir”

Bakı, 25 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 28 May -Müstəqillik Günü və “Şuşa İli”nə həsr olunmuş “Müstəqilliyimiz - Zəfərimiz əbədidir” adlı konsert təşkil edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Baş İdarənin rəisi İbrahim Əliyev, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xalq artistləri, professor Vamiq Məmmədəliyev, Ramiz Quliyev, Avtandil İsrafilov, Əməkdar artist Əliağa Sədiyev, 44 günlük Vətən müharibəsinin qaziləri Rüstəm Əhmədli və Qərib Tağızadə, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, uşaq musiqi, incəsənət məktəblərinin direktorları iştirak ediblər.
Konsertdə şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, konsert qonaqlar tərəfindən maraqla qarşılanıb.

Mədəniyyət 2022-05-25 17:31:00