×
A
A
A
Sazlamalar

Azərbaycan təmsilçisi Eltac Səfərli İtaliyada şahmat festivalında çıxışını davam etdirir

Bakı, 25 may, AZƏRTAC

İtaliyada beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız ötən 7 turda 4 xal toplayaraq 7-ci yerdə qərarlaşıb. Turnirdə ilk pillədə isə 5 xalla FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur.
Beynəlxalq festivalda ümumilikdə 20 şahmatçı iştirak edir.
Qeyd edək ki, mayın 26-da başa çatacaq turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.

İdman 2022-05-25 17:17:00