×
A
A
A
Sazlamalar

“Arsenal” klubu futbolçusu Məhəmməd Elneni ilə müqaviləni yeniləyib

Bakı, 25 may, AZƏRTAC

İngiltərənin “Arsenal” klubu futbolçusu Məhəmməd Elneni ilə müqaviləni yeniləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ildən “Arsenal”da oynayır. Futbolçu bu müddət ərzində 147 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

İdman 2022-05-25 16:58:00