×
A
A
A
Sazlamalar

Müstəqillik Gününə həsr olunan stolüstü tennis üzrə ənənəvi “Top-8” turniri keçiriləcək

Bakı, 25 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə “Şüa” idman kompleksində 28 May - Müstəqillik Gününə həsr olunan ənənəvi “Top-8” turniri keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda 16 tennisçi - 8 qadın və 8 kişi idmançı birincilik uğrunda mübarizə aparacaq.
Dairəvi sistem üzrə iki yarımqrupda keçiriləcək yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.
Stolüstü tennisçilərin idman ustalığını artırmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə ASTF-in diplom və hədiyyələri təqdim olunacaq.

İdman 2022-05-25 16:54:00