×
A
A
A
Sazlamalar

Aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində balacalar yaş qrupunda qaliblər müəyyənləşib

Bakı, 25 may, AZƏRTAC

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə 6-cı Bakı birinciliyində balacalar (2014-2015-ci il) yaş qrupunda qaliblərin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bu yaş qrupunda Mədinə İbrahimli birinci, Melisa Mustafazadə ikinci, Leyla Mahmudova üçüncü yeri tutublar. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir.
Qeyd edək ki, aerobika gimnastikası üzrə 6-cı Azərbaycan çempionatı və Bakı birinciliyində 80 gimnast iştirak edir.

 

İdman 2022-05-25 16:27:00