Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibələrdə indiyədək 57 namizəd uğur qazanıb
Bakı, 25 may, AZƏRTAC
On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 377 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:20-dək olan məlumata görə, 57 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.
BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib
Azərbaycan Texniki Universitetində magistraturaya ixtisas seçimi aparılır
Uşaq musiqi məktəblərinə işə qəbul üçün test imtahanına qeydiyyat davam edir
Azərbaycanın folklorşünas alimləri Türkiyədə beynəlxalq tədbirdə iştirak ediblər
I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır