×
A
A
A
Sazlamalar

İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 500-dək namizəd qeydiyyatdan keçib

Bakı, 25 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:20-dək olan məlumata görə, imtahan vermək üçün 497 (BA - 128, BB - 369) namizəd qeydiyyatdan keçib.

Elm və təhsil 2022-05-25 15:35:00