Oğuzda Müstəqillik Gününə həsr olunan voleybol birinciliyinin qalibləri müəyyənləşib
Oğuz, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Oğuzda 28 May – Müstəqillik Gününə həsr olunmuş məktəb komandaları arasında voleybol üzrə rayon birinciliyi başa çatıb. Oğuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil şöbəsi və rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən oğlanlardan ibarət 8 komanda mübarizə aparıb.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yekun nəticələrə əsasən, Qarabulaq kənd tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Sonrakı yerləri Qumlaq kənd və Oğuz şəhər 1 saylı tam orta məktəblərin komandaları tutublar.
Birinciliyin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilib.
Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib
Nazir Rəşad Nəbiyev Şamaxıda gənclərlə İKT sektorundakı yenilikləri müzakirə edib
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib
Murovdağ tunelinin inşası davam etdirilir
“Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili” adlı təlim başa çatıb