×
A
A
A
Sazlamalar

COVID-19 və meymun çiçəyi yoluxmasında risk qrupu: yaşıl nəsil və gənclər yerlərini dəyişirlər

Berlin, 25 may, AZƏRTAC

Almaniyanın səhiyyə qurumu yeni vaksinlənmə kampaniyasına başlamağı planlaşdırır. Lakin bu dəfə əhalinin meymun çiçəyinə qarşı immunlaşdırılması nəzərdə tutulur. Alimlər hesab edirlər ki, əvvəlcə mövcud vaksinlərin effektivliyi, onu haradan almağın və yerli istehsalın təşkilinin mümkün olub-olmaması öyrənilməlidir.
AZƏRTAC xəbər verir ki, meymun çiçəyi əleyhinə vaksin istehsal edən bir sıra şirkətlər var. Avropa İttifaqının üzvlüyündən çıxan və bu səbəbdən Brüssel üçün “xarici ölkə” hesab edilən Böyük Britaniya şirkətləri də bu sıradadır.
Alman ekspertlər yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. Bu ölkədə kiminsə yoluxması ilə bağlı ümumi protokol və tövsiyələr hələ yoxdur. İlk qaydaların yaxın günlərdə aşkarlana biləcəyi gözlənilir.
AFR Səhiyyə Nazirliyində yenidən risk qrupu ayırıblar. Koronavirusdan fərqli olaraq, çiçək əleyhinə hələ uşaqlıqda peyvənd vurulan dövrdən sonra doğulan gənclər virusa daha çox məruz şəxslər kimi göstərilib. Hesab olunur ki, uşaq yaşında peyvəndlənmiş şəxslər bu baxımdan qorunublar, ona görə gənc nəsil və adıçəkilən yaxşı dövrdən sonra doğulub peyvəndlənməyən insanlar xüsusilə diqqətli olmalıdırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2022-05-25 15:33:00