İspaniya dünyanın mikroçip istehsalı mərkəzinə çevrilməyi hədəfləyir
Madrid, 25 may, AZƏRTAC
İspaniya hökuməti rəqəmsal transformasiya kontekstində geostrateji əhəmiyyət kəsb edən mikroçiplərin hazırlanması, istehsalı və yayılmasında bələdçi olmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, İspaniya Nazirlər Şurası ölkənin mikroelektronika və yarımkeçirici dizayn üzrə istehsal imkanlarının hərtərəfli inkişaf etdirilməsini təmin etmək məqsədilə onuncu İqtisadi Transformasiya və Bərpa Strateji Layihəsini (PERTE) təsdiqləyib. 2027-ci ilədək bu layihəyə 12 milyard dollardan çox investisiya qoyulacaq.
Beləliklə, İspaniya Avropa İttifaqının çip istehsalının 20 faizinə (indi 10 faiz) çatmağı hədəfləyir.
İspaniyanın birinci vitse-prezidenti və iqtisadiyyat naziri Nadia Kalvinyonun sözlərinə görə, bu, Avropanın Tayvan, ABŞ, Cənubi Koreya və Çin kimi ölkələrdən asılılığını azaldacaq ən iddialı layihədir.
12 milyard dollar sənayenin canlandırılmasına xidmət edəcək qabaqcıl yarımkeçiricilər istehsalı zavodlarının tikintisinə yönəldiləcək, onun çərçivəsində bu sektorda startapların maliyyələşdirilməsi üçün kapital fondu yaradılacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur
NFT texnologiyasının inkişaf perspektivləri tədqiq edilir
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlanıb
İnformasiya təhlükəsizliyinin monitorinqi sistemlərinin analizi aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 178 məktəbdə STEAM layihəsi tətbiq edilib