×
A
A
A
Sazlamalar

Tarix İnstitutunda “Cümhuriyyət-104: yeni tədqiqatlar” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunda “Cümhuriyyət-104: yeni tədqiqatlar” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Tarix İnstitutundan məlumat verilib. Tarix İnstitutunun baş direktoru Kərim Şükürov diqqətə çatdırıb ki, XX əsrin əvvəlləri bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrin ən yüksək zirvəsi 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılıb. Bu, tarixi hadisədir. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirib.
Dəyirmi masada tarixçi alimlərin “Azərbaycan Cümhuriyyətinin tarixi coğrafiyası”, “Azərbaycanın dövlətçilik və beynəlxalq əlaqələr tarixi məsələləri milli-demokratik və mühacir ziyalıların irsində”, “Cümhuriyyətə aparan yol - Zaqafqaziya Seymi” mövzularında məruzələri dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb.

Elm və təhsil 2022-05-25 14:54:00