BDU-nun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) hazırlıq sektorunun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib. Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan etməsi barədə Sərəncamını bütün Azərbaycan xalqı sevinclə qarşılayıb. Çünki Şuşa hər bir azərbaycanlının 30 illik həsrəti, Azərbaycan mədəniyyətinin beşiyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Şuşanı və digər işğal altında olan torpaqlarımızı azad edərək, bu həsrətə son qoyub. Hazırda azad Qarabağımızda üçrəngli bayrağımız qürurla dalğalanır.
Daha sonra BDU-nun Hazırlıq sektorunun türk, çinli, qazaxıstanlı tələbələri Qarabağa, Şuşaya, türk dünyasının birliyinə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, müxtəlif dram əsərlərindən səhnəciklər göstəriblər.
Tədbir tələbələrin alqışları ilə qarşılanıb.
Firudin Qurbanov Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüşüb
Ədəbiyyatşünaslıq elminə yeni töhfə
Mirzə Kazımbəyin 200 illiyinə həsr olunan beynəlxalq elmi konfransa tezis qəbulu davam edir