Sarayevoda bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
Sarayevo, 25 may, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, Sarayevo Kantonunun Daxili İşlər Nazirliyinin məlumatına görə, səhər saatlarında Mərkəz, Stari Qrad, Voqoska və İlidza bələdiyyələrindəki bir çox məktəbə bomba qoyulduğuna dair məlumat daxil olub. Məlumatlar elektron poçt vasitəsilə göndərilib və məsələ ilə bağlı prokurorluq məlumatlandırılıb.
Həmin məktəblərdə tədris dayandırılıb və şagirdlər evlərinə göndərilib. Ətraflı araşdırmalardan sonra bomba təhlükəsi ilə bağlı xəbərdarlıqların saxta olduğu müəyyən edilib.
Qeyd edək ki, son dövrlərdə Qərbi Balkan ölkələrindən Serbiya və Monteneqroda bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqların sayı artmaqdadır. Təkcə Serbiyada 250-dək məktəbə bomba qoyulması ilə bağlı saxta məlumat daxil olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Kiril Budanov: Rusiya ilə Ukrayna arasında müharibənin gələn il sona çatacağını düşünürəm
Türkiyənin təhlükəsizlik qüvvələri PKK terror təşkilatının daha bir fəal üzvünü zərərsizləşdirib
Komendant saatı müddətində Nukus şəhərindəki aeroport işləməyəcək
Hindistanda avtobus qəzası nəticəsində azı 16 nəfər həlak olub