×
A
A
A
Sazlamalar

Avropa komissarı Aİ-nin Rusiya qazından asılılığını xəsisliyin nəticəsi adlandırıb

Bakı, 25 may, AZƏRTAC

Avropa İttifaqının Rusiya qazından ciddi asılılığı sadəlövhlüyün deyil, xəsisliyin nəticəsidir.
AZƏRTAC İtaliyanın “Il Sole 24 Ore” qəzetinə istinadla xəbər verir ki, bu fikri rəqabət məsələləri üzrə Avropa komissarı Marqret Vestager Avropanın bir sıra nəşrlərinin jurnalistləri ilə söhbətində səsləndirib.
“Sadəlövhlükdən danışmağın mənası yoxdur. Əslində biz xəsislik etmişik. Rusiyadan ucuz qaz, Çindən ucuz işçi qüvvəsi, Tayvandan ucuz mikroprosessorlar almaq istəyirdik. Düşünürəm ki, bundan dərs çıxarmalıyıq: tədarük təhlükəsizliyinin öz qiyməti var”, - deyə o bildirib.
Avropa komissarının sözlərinə görə, Ukrayna böhranı Avropa İttifaqının fəaliyyətinin bütün sahələrinə ciddi təsir göstərib. “Lakin biz reaksiya veririk. Rəqəmsal keçid davam edir. Yaşıl keçid sürətlənib. Biz iqtisadi şoku udmağa imkan verən sxemlər qururuq”, - deyə Marqret Vestager əlavə edib.

 

 

Dünya 2022-05-25 13:25:00