×
A
A
A
Sazlamalar

Evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 25 may, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Müşfiqabad qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Arif Nadirov və Sitarə Məmmədova müəyyənləşdirilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Maştağa qəsəbəsindəki evlərin birindən 3500 manat dəyərində qapı, məişət əşyaları, elektrik naqilləri, iki ədəd pəncərə və dəmir barmaqlıq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ələkbər Ələkbərov Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.İsmayılov küçəsindəki evlərin birindən 7 min manat, 300 ABŞ dolları, 1000 manat dəyərində qızıl-zinət əşyaları və televizor oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Əbülfəz Almuradov müəyyənləşdirilib.
Xətai rayonunda İ.İsmayılov küçəsindəki evlərin birindən 150 manat pul və 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov rayon polis idarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində tutulub.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çubuqlu kəndindəki evlərin birindən 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Elmin Bəkirov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

 

Hadisə 2022-05-25 13:01:00