Məktəblərdə dərsdinləmələrin nəticələri müzakirə olunub
Bakı, 25 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi məktəbəsaslı metodik xidmətin göstərilməsi istiqamətində işləri davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, may ayı ərzində 18, 178 və 35 nömrəli tam orta məktəblərdə dərsdinləmələr aparılıb. Dərsdinləmələrin nəticələrinə dair məktəb heyəti ilə birlikdə geniş müzakirələr təşkil edilib. Müzakirələr zamanı müşahidə olunan nöqsanlarla bağlı ilkin metodik tövsiyələr verilib və məktəb kollektivinin sualları cavablandırılıb.
Qeyd edək ki, bu məktəblərdə aparılan dərsdinləmələrin nəticələrinə dair mütəmadı olaraq seminarların təşkili planlaşdırılır.
Firudin Qurbanov Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüşüb
Ədəbiyyatşünaslıq elminə yeni töhfə
Mirzə Kazımbəyin 200 illiyinə həsr olunan beynəlxalq elmi konfransa tezis qəbulu davam edir