×
A
A
A
Sazlamalar

Kimya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi təşkil edilib

Bakı, 25 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formatda keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər, pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Məşğələnin moderatoru Elşad Abdullayev ali təhsil müəssisələrinə qəbul imtahanı üçün situasiya tapşırıqlarına və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq.

Elm və təhsil 2022-05-25 12:51:00