×
A
A
A
Sazlamalar

Pantomima Teatrının iyun repertuarı açıqlanıb

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, iyunun 4-də “6+1 nömrəli palata”, 5-də “Dejavü”, 11-də isə “Yük” tamaşaları göstəriləcək.
Bundan başqa, iyunun 12-də “Pantomima buketi”, 18-də “Son ştrix” 19-da “Ağ bığlılar”, 25-də “Dejavü” və 26-da “Yük” tamaşası nümayiş ediləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.



Mədəniyyət 2022-05-25 11:44:00