İrəvanda etirazçılarla polis arasında qarşıdurma olub
Bakı, 25 may, AZƏRTAC
İrəvanda Ermənistanın Milli Təhlükəsizlik Şurasının binası yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında bir neçə qarşıdurma yaşanıb.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, qarşıdurma Milli Təhlükəsizlik Şurasının binasına girişləri mühafizə edən polis qüvvələri ilə binaya daxil olmağa çalışan aksiya iştirakçıları arasında başlayıb. Təhlükəsizlik qüvvələri dəstək üçün göndərilən “qara beretlilərin” - xüsusi təyinatlıların köməyi ilə etirazçıları mühasirəyə alsa da, onlara hücum etməyib. İnsident bir neçə qarşıdurma ilə yekunlaşıb və ciddi toqquşmalara keçməyib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.
Böyük Britaniyada koronavirusa yoluxma səviyyəsi 30 faizdən çox artıb
Gürcüstanda ard-arda iki dəfə zəlzələ baş verib
“Aere” tropik qasırğası Yaponiyanın cənub-qərb adalarına yaxınlaşır
Özbəkistan DİN Nukus şəhərində baş verən hadisələrlə bağlı açıqlama yayıb
Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan gəmi qəzaya uğrayıb