Co Bayden Texas məktəbindəki faciə qurbanlarının xatirəsinə bayraqların endirilməsi barədə sərəncam verdi
Bakı, 25 may, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvalde şəhərindəki ibtidai məktəbdə atışma qurbanlarının xatirəsinə ölkədə və xaricdə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.
Daha əvvəl Ağ Ev Baydenin Texas məktəbində törədilmiş hadisə ilə bağlı bəyanat verəcəyini bildirmişdi.
Texas ştatının qubernatoru Qreq Ebbotun CBS telekanalının yerli bölməsinə verdiyi məlumata görə, hadisə nəticəsində azı 14 şagird və 1 müəllim həlak olub. Hadisəni 18 yaşlı yerli sakin Salvador Romas törədib. O, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
İsveçrənin Luqano şəhərində Ukraynada yenidənqurma ilə bağlı beynəlxalq konfrans keçirilir
ÜST: Avropada meymunçiçəyi virusuna yoluxma riski yüksək olaraq qalır
Məkkədə Həcc ziyarətinə hazırlıqla bağlı təhlükəsizlik qüvvələrinin paradı olub
İtaliyada Marmolada zirvəsində buzlağın uçması nəticəsində 20-dək alpinist itkin düşüb