×
A
A
A
Sazlamalar

Filosof alim Xatirə Quliyevanın ingilis dilində nəşr edilmiş kitabının təqdimatı keçirilib

Bakı, 24 may, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın ingilis dilində çapdan çıxmış “History, Methodology and Hypothesis of Artificial Intelligence” (Süni intellektin tarixi, metodologiyası, hipotezi) kitabının təqdimat mərasimi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli filosof alim Xatirə Quliyevanın məqalələrinin ABŞ, Türkiyə, İtaliya, Pakistan, Polşa, Macarıstan, Slovakiya və başqa ölkələrin nüfuzlu jurnallarında dərc edildiyini bildirib. Qeyd edib ki, filosof alim məqalələrində ümummilli lideri Heydər Əliyevin siyasi idarəçilik ənənələrini və bunların Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsini, identiklik, azərbaycançılıq, multikulturalizm məsələlərini, habelə müasir dünya elmi düşüncəsinin süni intellekt, pandemiya və digər aktual mövzularını tədqiq edib.
Təqdimat mərasimində kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nərgiz Axundova, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli, şöbə müdirləri Azər Mustafayev, Rəna Mirzəzadə, Sakit Hüseynov, professorlar Eyyub Kərimov, Arif Quliyev, Rafael Əhmədov, fəlsəfə elmləri doktorları Ziba Ağayeva, Lalə Mövsümova, fəlsəfə doktoru Hüseyn İbrahimov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb, alimə yeni yaradıcılıq uğurları arzulayıblar.
“Süni intellektin tarixi, metodologiyası, hipotezi” kitabı Xatirə Quliyevanın beşinci məqalələr toplusudur və ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Kitab alimin Pakistan İslam Respublikasının “Pakistan sosial elmlər” jurnalının dərc etdiyi “Treumph Of Haydar Aliyev Political Course: Confirmation Of Great Faith” (Heydər Əliyev siyasi kursunun təntənəsi: böyük inamın təsdiqi) məqaləsi ilə başlayır.
Kitabın elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti akademık İsa Həbibbəyli, rəyçiləri Bursa Uludağ Universitetinin professoru Abdulkadir Çeçen, Çanaqqala 18 Mart Universitetinin professoru Hasan Arslan, Varaslov universitetinin professoru, islamşünas Mariusz Trovskidir.

Elm və təhsil 2022-05-24 21:58:00