×
A
A
A
Sazlamalar

“Azərbaycan klassikləri rus dilində” ədəbi-poetik tamaşası nümayiş olunacaq

Bakı, 24 may, AZƏRTAC

Mayın 27-də Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubunun təşkilatçılığı ilə “Azərbaycan klassikləri rus dilində” ədəbi-poetik tamaşası nümayiş etdiriləcək.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Əməkdar artisti İnna İmranovanın rəhbərliyi ilə “moms&kids” teatr studiyasının şagirdləri dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" pyesini və Üzeyir Hacıbəylinin operettası əsasında "Arşın mal alan" musiqili komediyasını təqdim edəcəklər.
Tədbir saat 18:00-da Üzeyir Hacıbəyli küçəsi, 77b ünvanında yerləşən Rus Evində keçiriləcək.

Mədəniyyət 2022-05-24 20:44:00