“Xiaomi” şirkəti “Leica” kameralı smartfon buraxacaq
Bakı, 24 may, AZƏRTAC
Çinin “Xiaomi” şirkəti Almaniyanın “Leica” şirkəti ilə əməkdaşlığa və yeni smartfon üzərində birgə işə başladığını elan edib. Cihazın təqdimatı bu il baş tutacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, iki şirkət tərəfindən birgə hazırlanmış fotoqrafiya həvəskarları üçün ilk flaqman smartfon bu ilin iyul ayında rəsmi olaraq təqdim olunacaq”, - deyə “Xiaomi” şirkətinin rəsmisi bildirib.
“Leica” smartfonu kamera optikası və cihazda təsvirləri emal edəcək proqram təminatı üzərində işləyəcək.
Xatırladaq ki, “Xiaomi” şirkətindən əvvəl “Leica” “Panasonic” və “Sharp” kimi smartfon istehsalçıları ilə əməkdaşlıq edirdi.
Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün 12 şərti yerinə yetirəcək
ÜST: Avropada meymunçiçəyi ilə bağlı təcili müdaxiləyə ehtiyac var