×
A
A
A
Sazlamalar

Şahmatçımız Eltac Səfərli beynəlxalq festivalda uğurlu çıxışını davam etdirir

Bakı, 24 may, AZƏRTAC

İtaliyada beynəlxalq şahmat festivalında Azərbaycan təmsilçisi Eltac Səfərli uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, şahmatçımız Eltac Səfərli ötən 5 turda 3,5 xal toplayaraq 4-cü yerdə qərarlaşıb. Turnirdə ilk yerdə isə 4 xalla FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur.
Ümumilikdə 20 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir.
Qeyd edək ki, turnir mayın 26-da başa çatacaq.

İdman 2022-05-24 19:06:00