×
A
A
A
Sazlamalar

“Şamaxı” klubu qapıçısı Stanislav Namaşko ilə müqaviləni yeniləyib

Bakı, 24 may, AZƏRTAC

“Şamaxı” futbol klubu qapıçısı Stanislav Namaşko ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, “Şamaxı”nın İdarə Heyəti 36 yaşlı qolkiperin sözləşməsinin daha bir il artırılması barədə qərar verib.
Qeyd edək ki, Moldova millisinin üzvü 2019-cu ildən “Şamaxı”da çıxış edir. S.Namaşko 2020/2021-ci il mövsümündə Azərbaycan kuboku yarışlarının qalibi olub.

İdman 2022-05-24 18:11:00