×
A
A
A
Sazlamalar

Xüsusi olimpiyaçı oğlanlar arasında ənənəvi “Avropa futbol həftəsi” seçmə yarışı keçirilib

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında ənənəvi "Avropa futbol həftəsi" seçmə yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarış “Unified Sports” (inklüziv birləşmiş idman komandası) xüsusi Olimpiya proqramına uyğun olaraq 3 divizionda təşkil olunub.
Yekun nəticəyə görə, ən güclü divizionda Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın komandası birinci olub. Sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası yarışı ikinci, Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin təmsilçiləri isə üçüncü pillədə başa vurublar.

 

İdman 2022-05-24 18:11:00