×
A
A
A
Sazlamalar

AFFA-nın nümayəndəsi Millətlər Liqasının oyununa təyinat alıb

Bakı, 24 may, AZƏRTAC

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva beynəlxalq oyuna təyinat alıb.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, futbol üzrə Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Norveç – Sloveniya qarşılaşmasının UEFA nümayəndəsi K.Mehdiyeva olacaq.
Matç iyunun 9-da Osloda təşkil olunacaq.

İdman 2022-05-24 17:58:00