“Azərsky” peyki vasitəsilə Qarabağda ilkin olaraq balıqçılıq təsərrüfatına yararlı 22 sahə müəyyənləşdirilib
Bakı, 24 may, AZƏRTAC
Qarabağ zonası işğaldan əvvəl dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələrinin inkişafı ilə seçilirdi və hazırda da bu sahələrin bərpası üçün böyük potensiala sahibdir. Bu potensialın üzə çıxarılması və doğru planlanmasına dəstək olmaq istiqamətində peyk monitorinqi ilə ərazilərdə çoxillik əkmələrlə bağlı (növlər üzrə) mövcud vəziyyətin təhlil edilməsi, bərpası və becərilməsi üçün ehtiyacların müəyyən olunması çərçivəsində layihələr müəyyən olunub.
AZƏRTAC Azərkosmosun yaydığı hesabata əsasən xəbər verir ki, əkin sahələrinin qiymətləndirilməsi və müqayisəli təhlili həyata keçirilib, əkinəyararlı potensial torpaqlar təyin edilib. Xüsusən Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Zəngilan rayonu ərazilərində üzümçülük üçün potensial əkin sahələri xəritələşdirilib.
İri arıçılıq təsərrüfatlarının yaradılması üçün uyğun yerlərin seçilməsi və rotasiya marşrutlarının təyin edilməsi işləri də yekunlaşdırılıb. Habelə əkinçiliyin və balıqçılığın inkişafında çay yataqlarının istifadəsində də yararlı və potensial ərazilərin müəyyənləşdirilməsi üzrə layihələr işlənib və regionda balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində ilkin olaraq 22 balıqçılıq təsərrüfatına yararlı sahələr müəyyənləşdirilib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb