"İstedadlar Hövsan" müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 24 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ağa Əliyev adına Mədəniyyət evinin təşkilatçılığı ilə "İstedadlar Hövsan" müsabiqəsinin final mərhələsi başa çatıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqədə müxtəlif janrlar üzrə 15 finalçı iştirak edib. İştirakçıların çıxışları münsiflər heyətinin və qonaqların marağına səbəb olub.
Münsiflər heyətinin qiymətləndirilməsi ilə seçilən birinci, ikinci və üçüncü yerlərin qaliblərinin adları M.A.Əliyev adına Mədəniyyət evinin direktoru Cavid Məmmədov tərəfindən açıqlanıb.
Sonda müsabiqədə iştirak edən bütün finalçılara müxtəlif hədiyyələr təqdim edilib.
Elvis Preslinin uşaqlıqda yaşadığı ev sökülmüş halda hərraca çıxarılacaq
“Ceyms Bond”un prodüseri yeni filmin çəkiliş tarixini açıqlayıb
Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə tədbir keçirilib
“Təyinat məntəqəsi”nin yeni bölümünün çəkilişlərinə başlanılır