×
A
A
A
Sazlamalar

Zəngilan kənd uşaq musiqi məktəbinin kollektivi hesabat konserti ilə çıxış edib

Sumqayıt, 24 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Zəngilan rayon Bartaz kənd uşaq musiqi məktəbinin yetirmələri hesabat konserti ilə çıxış ediblər. Konsertdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov, Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov, digər mədəniyyət müəssisələrinin əməkdaşları və valideynlər iştirak ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, konsert məktəbin xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İlham Əhmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında danışıb və bununla bağlı çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb.
Sonra şagirdlərin ifasında Ü.Hacıbəylinin, V.Motsartın, R.Əfəndiyevin, N.Mirməmmədlinin əsərləri, eləcə də aşıq havası və muğam səsləndirilib.

 

 

Regionlar 2022-05-24 16:49:00