Gənclər və idman nazirinin müavini Avropa çempionatında uğurla çıxış edən komandamızın üzvləri ilə görüşüb
Bakı, 24 may, AZƏRTAC
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş savat üzrə dünya kuboku yarışında uğurla çıxış etmiş Azərbaycan idmançıları ilə görüşüb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, dünya kuboku uğrunda kişilərin yarışında Ağazadə Əliyev (75 kq) qızıl, Vüqar Abbasov (80 kq) isə bürünc medal qazanıblar. Gənclər arasında Seymur Yusifov (70 kq) birinci, Riad Əliyev (70 kq) üçüncü, qadınların mübarizəsində isə Tutu İsmayılova (48 kq) ikinci, Aysu Dərvişova (60 kq) üçüncü yeri tutublar.
Görüşdə idmançıları salamlayan nazir müavini onları uğurlu çıxışları münasibətilə təbrik edib və yeni qələbələr arzulayıb.
Federasiyanın prezidenti Rafiq Əliyev və baş məşqçi Taleh Nağızadə komandanın çıxışı və federasiyanın fəaliyyəti barədə nazir müavininə məlumat veriblər.
İraq millisinin 19 yaşlı üzvü "Mançester Yunayted" klubu ilə yeni müqavilə imzalayıb
Basketbol üzrə milli komandamız Avropa çempionatında ilk oyununu keçirib
"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib
Azərbaycan çempionu "Murov" Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq
Güləşçimiz Qurban Qurbanov U-20 Avropa çempionatının finalına yüksəlib