×
A
A
A
Sazlamalar

Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı videoçarx hazırlanıb

Bakı, 24 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin sistem inzibatçısı Elvira Məmmədova Azərbaycanın görkəmli siması Xan qızı Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, Xurşidbanu Natəvanın “Qərənfil” şeiri ilə başlayan videoçarxda Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığı əks olunur.
XIX əsrdə yaşayıb-yaradan Natəvan milli poeziyamızın çox unikal örnəklərini yaratmaqla yanaşı gözəl rəssam, tikmə ustası kimi də tarixdə qalıb. Onu tariximizdə əbədi saxlayan məqamlardan biri də Xan qızının tükənməz səxavəti, xeyirsevərliyidir. O, kasıblara əl tutub, Şuşaya su kəməri çəkdirib.
Şuşada anadan olan Xurşidbanu Natəvan öz yaradıcılığı və xeyriyyəçiliyi ilə nəinki Qarabağda, hətta bütün Qafqazda məşhur idi. Bu barədə dövrünün qələm adamları öz əsərlərində, xatirələrində geniş bəhs ediblər.

 

Mədəniyyət 2022-05-24 16:23:00