Rekord həcmdə Rusiya nefti sanksiyalar səbəbindən dənizdə qalıb
Bakı, 24 may, AZƏRTAC
Sanksiyalar səbəbindən rekord həcmdə - 62 milyon barel “Urals” nefti dənizdəki gəmilərdə qalıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, “Vortexa Ltd” analitika kompaniyasının məlumatına görə, buna “qara qızıl” satışı ilə məşğul olan kompaniyaların Rusiya nefti üçün alıcı tapa bilməməsi səbəb olub.
Qeyd edək ki, Moskvanın Ukraynaya qarşı hərbi təcavüzü səbəbindən ABŞ və bir sıra ölkələr Rusiya neftinin və neft məhsullarının idxalına qadağa qoyub. Bəzi ölkələr isə gələcək sanksiyalardan ehtiyatlanaraq Rusiyadan mal almaqdan imtina edib. Həmçinin Avropa İttifaqı da Rusiya neftinin idxalına embarqo tətbiq etməyi planlaşdırır.
Məşhur “Rappler” nəşrinin bağlanması barədə növbəti dəfə qərar qəbul edilib
Cozef Bayden: ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək
İtaliya çempionatında “qızıl oyun” qaydası tətbiq olunacaq
Yens Stoltenberq: NATO sammitində yeni strateji konsepsiya qəbul olunacaq